2014-04-02 17:52

Kaş ki, deməmək üçün..

Ölüm insanın bütün gücünü itirdiyi, Rəbbimizin qarşısında acizliyini, möhtaclığını kamil şəkildə və şüurla qavradığı andır. Bu həqiqətlə qarşılaşan insanın o ana qədər necə əxlaq göstərməsindən asılı olmayaraq, böyük sevgi, hörmət və acizliklə Allaha təslim olması gözlənilir.

Ancaq bəzən iman gətirənlər üçün ibrət olan hadisələr reallaşır. Çətin, sıxıntılı günlər keçirən, müalicəsi mümkün olmayan və dəhşətli ağrılar verən xəstəliklərə tutulan və hətta ölümünə az qaldığı deyilən bəzi insanlar acizliklərini hiss edib Allaha sığınmaq (Allahı tənzih edirik) əvəzinə, çox çirkin cəsarət və imani şüursuzluq göstərirlər. Ölümün yaxınlaşdığını hiss edib Allaha sığınmaq, iman gətirib axirəti düşünmək yerinə, dünyaya bağlanmağa davam edirlər. İman gətirən insanların heyrətlə və ibrətlə izlədikləri bu insanlar Allahın Quranda xəbər verdiyi ayələrin təcəlliləridir.

Məsələn, heç gözləmədiyi halda ölümcül xərçəng xəstəliyinə tutulduğunu və ömrünün sonuna bir neçə ay qaldığını öyrənən şəxs Allahın gücünə, qüdrətinə, mərhəmətinə sığınmaq əvəzinə, çirkin cəsarətlə həm özünə, həm də ətrafındakılara dinsizliyi təbliğ edir. Bu rəftarının səbəbini soruşanda isə "öləcəyəm deyə, dindar ola bilmərəm”, ya da "hər bir canlı ölümə məhkumdur, insanın ölənəcən nə cür yaşaması isə daha vacibdir” kimi şüursuz şəkildə cavab verir. Öləcəyini, Allahın hüzuruna gedəcəyini və özünü Allahdan başqa heç kimin qurtarmayacağını çox yaxşı bildiyi halda imandan üz döndərir. Bu günə kimi heç kim ölümdən qaça bilməyib.

Dünya həyatında iman gətirənlər üçün ibrət vəsiləsi olan başqa bir insan tipi isə ölümləri, cənazələri, ya da məzarları ilə fəxr edən insanlardır. Bu insanlar acizliklərini, Allaha necə möhtac olduqlarını anlamaq əvəzinə, dünya həyatında üstün olmaq, insanlara özlərini göstərmək üçün yollar axtarırlar. "Çox gözəl bir yerdə, dəniz mənzərəsi olan məzar aldım. Mənim məzarım hamınınkından daha yaxşıdır. Öləndən sonra da yaxşı yerdə olacağam”, - deyərək insanlara özünü göstərməyə çalışır. Halbuki istər dəniz kənarında, istər dünyanın ən gözəl yerində basdırılsın, məzar daşları dünyanın ən qiymətli daşları ilə (almaz, qızıl, brilliant, yaqutla) bəzənsin, torpağın altında bədəninin düşəcəyi vəziyyət məlumdur. Bu sondan bir insan belə yaxa qurtara bilməyəcək. Axirətdə isə məzarının harada, hansı tərəfdə olduğu, nə qədər pul xərcləyərək hazırlandığının heç bir əhəmiyyəti olmayacaqdır.

Bəzisi də: "Ölməyim əhəmiyyətli deyil, əsəs cənazə mərasimimdir. Onsuz da ölürəm, qoy mükəmməl mərasim mənimki olsun”, - deyərək ölümə əhəmiyyət vermir, ölümdən canını qurtaracağını düşünür. Halbuki nə qədər iman gətirmədiyini və axirətə inanmadığını desə də, vicdanən axirətin varlığının şüurundadır və hesab günü ilə qarşılaşacağını bilir. Son anına kimi dünyəvi məqsədlər üçün planlar quraraq özünü rahatladacağını və bu qorxunu unudacağını zənn edir. Amma bunun ona heç bir faydası olmaz.

Allah Quranda bu şəkildə xəbərdarlıq edir:

O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir. (Fəcr surəsi, 24)

Canan Aysel Vəlizadə

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı