2015-11-06 12:13

Məkkə Səudiyyə Ərəbistanından alınır - KİV

Müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitlərinin birində Həcc ziyarəti ilə bağlı yeni məsələ gündəmə gətirəcək.

LiderXeber.az modern.az-a istinadən xəbər verir ki, quruma üzv ölkələr Məkkəyə gerçəkləşən ziyarətlərdə ortaq nəzarət mexanizminin yaradılması təklifi ilə çıxış edəcəklər. Məqsəd isə Həcc ziyarəti zamanı yaşanan xoşagəlməz halların, ölüm hadisələrinin qarşısını almaqdır.

Bildirilir ki, Məkkəyə edilən ziyarətlərdə zəvvvarlarla əlaqədar məsələlərin Səudiyyə Ərəbistanının kurasiyasından çıxarılması və yeni ortaq nəzarət modelinin yaranması aktuallıq kəsb edir.

Təşkilat sonuncu Həcc ziyarəti zamanı yaşanan böyük insan faciəsindən sonra bu qərara gəlib.

Məlumatda o da qeyd edilir ki, artıq İƏT-ə üzv dövlətlərin əksəriyyəti bu məsələ ilə razılaşıblar. Bundan xəbər tutan Səudiyyə Ərəbistanı isə yeni təkliflə çıxış etmək niyətindədir.

Qeyd edək ki, İƏT-in Xarici İşlər Nazirləri Şurasının bu ilin may ayının 27-28-də Küveytdə 42-ci sessiyası olub. Şura ildə bir dəfə toplanır.

İƏT dövlət və hökumət başçılarının zirvə toplantısı isə 3 ildən bir keçirilir. Axırıncı zirvə toplantısı 2013-cü ildə Qahirədə olub. Belə bir tədirin növbəti dəfə Türkiyədə olacağı gözlənilir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı