2015-10-29 11:31

Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək

Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən LiderXeber.az-a verilən məlumata görə,2015-ci ildə Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2015-ci il tarixli Sərəncam imzalamışdır.

Sərəncamın icrasına uyğun olaraq Nazirlik tərəfindən 29 oktyabr 2015-ci il tarixində saat 18.30-da Heydər Əliyev Sarayında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcəkdir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az










SON XƏBƏRLƏR


Yuxarı