2015-10-27 10:35

Deputatlığa namizəd İsmayıl Ağayev: "Biz mütləq o torpaqlara qayıdacayıq!" - FOTO

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd İsmayıl Ağayevin LiderXeber.az-a müsahibəsini sizlərə təqdim edirik:

Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi seçkilərə gedirsiniz. Hazırlıqlar necə gedir?

 - İlk dəfədi seçkilərə gedirəm və qorxmuram. Birmənalı şəkildə mən heç vaxt, heç bir rəqibdən qorxmamışam. Salyan rayonunda , 60 saylı dairədə, bu bölgədə, bu kəndlərdə kifayət qədər seçicilərim var, kifayət qədər dostlarım var, kifayət qədər qohum əqrabam var. Bu dünən,bu gün formalaşmayıb. Mənim 1948-53-cü illərdə Dərələyəz mahalı və Zəngəzurdan bura kifayət qədər qohumlarım gəlib ,o cümlədən valideynlərim orada yaşıyıb, atam orada işləyib, bibilərimin əksəriyyəti bu bölgədə yaşayıb. Mən bu bu bölgədəki insanların yolunu, izini, sosial durumunu görəndə sözün həqiqi mənasında düşündüm ki, mən parlamentdə təmsil olunsam bu bölgənin bir oğlu kimi, ziyalısı kimi Salyanlılara yardımçı ola bilərəm.

İlk olaraq hansı problemlərin həllinə başlayarsız seçilsəniz?

- Məsələ qaldırıb,onların xəstəxana məsələsini həll edə bilərəm, onların yol işinə kömək edə bilərik, işıq,su məsələsinə,sosial yardımlarına dəstək dura bilərik.Yeni iş yerlərinin açılmasına və diaspora xətti ilə dünyada qazandığım bu imici bu dostları,tapdığım bu iş adamlarını investisiya məsələsini bu bölgəyə cəlb edə bilərəm. Bu bölgələrdə gənclərlə bağlı mənim böyük lahiyələrim var və ahıl insanlarla bağlı bir ahıl evi tikdirməyi planlaşdırıram. .Hansı ki,mən çexiyada bunu görmüşəm və çexiyadakı ahillar evi investisiya qoymağa hazırdı bu bölgə üçün. Bizim xüsusi olaraq yaxın şərqdə, israildəki dostlarımız vasitəsilə həmin bölgədə bir klinikanın qurulmasına və suvarma sistemlərinin yeniləşməsinə loqistika mərkəzinin açılmasına dair planlarımız var.

Seçicilərinizlə görüşləriniz necə keçir?

 - Milin muğanın şanı şöhrəti salyandır.O insanlardakı qırılmış əzmin, inamın özlərinə qaytarmaq lazımdır. İnsanlar seçim məsələsində birmənalı şəkildə bilməlidirlər ki, onların istədiyi adam o qutudan çıxacaqdır. Mən sizə səmimi deyim,bəlkə elə Qarabağlı camaatı da, ümumi bölgə camaatı da özləri çıxışlarında dedilər ki, son dövrlərdə prezident seçkilərindən başqa, heç bir parlament seçkilərində belə coşqu yaşanmamışdır. Bu insanlar mənə baxdıqca sanki gözlərində və içərilərində çox gözəl bir ümid parıldayır, ona görə ki, öz el-obasının oğlunu görürlər və fəxr edirlər.Biz seçicilərimizlə ev-ev görüşürük,təmas qururuq,onlarla ofosomizdə görüşürük, onlarla məhləarası yollarda görüşürük və vətəndaşlarda çox böyük ümid var ki,onlar mənə kütləvi şəkildə gəlib səs verəcəklər və məndə onların səsini qoruyacam, məndə onların səsi olacam, onların səsinə səs qatacam.

Deviziniz nədir?

Biz mütləq o torpaqlara qayıdacayıq!

- İnşaallah. Seçkilərdə uğurlar!









Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı