2015-10-26 15:11

Biz Qərbi Azərbaycan adlı böyük bir məmləkətimizi itirmişik, ancaq mütləq o torpaqlara qayıdacağıq - İsmayıl Ağayev

"Mən özümü ulu öndərin qoyduğu dəsti xətti və bu kursu çox şərəflə davam etdirən cənab Prezidentin əsgəri saymışam. Hesab edirəm ki, bu siyasi xətt Azərbaycan xalqına, Azərbaycan dövlətinə stabillik gətirməklə yanaşı bir möhkəm qalaya bənzəyir”.

Bunu LiderXeber.az-a müsahibəsində Beynəlxalq Diaspora Mərkəzinin sədri, 60 saylı Salyan –Neftçala seçki dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev söyləyib.

O, vurğulayıb ki, ölkəmizə qarşı həm daxildən, həm də xaricdən xain əllərin uzandığı bir vaxtda hər birimiz cənab Prezidentin yanında olmalıyıq: "Sözün həqiqi mənasında biz bu gün azərbaycana qarşı ikili standartları görürüksə, islamofobiyanı görürüksə, cənab Prezidentin dediyi kimi, 5-ci kolonun numayəndələrini görürüksə, təbii ki, biz buna laqeyd yanaşa bilmərik. Bizim 1 milyondan artıq qaçqınımız var. Biz Qərbi Azərbaycan adlı böyük bir məmləkətimizi itirmişik, ancaq mütləq o torpaqlara qayıdacağıq. Bizim Xocalı kimi böyük bir tarixi şəhərimizi əlimizdən alıblar və Qarabağımızı işğalda saxlayırlar”.O, bildirib ki, böyük Avropa dövlətlərində yerləşən beynəlxalq təşkilatlarda çalışanlar ancaq kağız üzərində insan haqq və hüquqlarından danışırlar: "Baxın, həmin o dövlətlər, hansı ki, insan haqq və hüquqlarından danışırlar-görün İraqı, Suriyanı, Liviyanı hansı günə qoydular? Yüz minlərlə insanı yersiz, evsiz, eşiksiz qoydular.

Bu gün həmin insanları demokratik bir dövlət adlandırdıqları və insan hüquqlarından danışan həmin dövlətlər öz məmləkətlərinə buraxmırlar. Son dövrlər möhtərəm prezidentimizin apardığı qətiyyətli addımlar, xalqla bir yerdə olmaq, xalqın səsinə səsinə səs vermək, xalqın içindən gələn məsələlərə öz qəti münasibətini bildirmək həm məni bir zabit kimi, həm diaspora mərkəzinin rəhbəri kimi, həm də bir ictimai təşkilat sədri kimi çox sevindirir və mən bunu xüsusi ilə alqışlayıram. Xüsusi olaraq, o sahədə çalışan insanlar ki, dövlət ona etibar edib, onlara ali rütbələr verib, onları seçib, onları yüksəldib, təəssüflər olsun ki, onlar dövlətin inam və etibarını, xüsusi olaraq, cənab pezidentin etibarından sui istifadə edib, öz şəxsi maraqların daha üstün tutmuşlar."

BDM sədri ali baş komandanın kapitanı olduğu gəmidə bir sərnişin və sərnişindən əlavə, artıq, bir döyüşçü, bir müdafiəçi olmağı ilə fəxr etdiyini də dilə gətirib.

Səbuhi Vaqifoğlu

LiderXeber.az



SON XƏBƏRLƏR


Yuxarı