2014-03-28 18:26

“Fəxri Mədəniyyət İşçisi” Habil Hacıyevin 44 yaşı tamam oldu - Video Reportaj - ÖZƏL

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Ölkəmizin mədəniyyət sahəsində teatr sənəti özünəməxsusluğu ilə seçilir. Bu sənət hər zaman dahilər, unudulmaz sənətkarlar yetişdirib.

LiderXeber.com informasiya agentliyinin verdiyi məlumata görə, bu gün ömrünün bir çox hissəni teatr sənətinə həsr etmiş Füzuli Dövlət Dram Teatrının direktor müavini, aktyor Habil Hacıyevin 44 yaşı tamam olur.

Hacıyev Habil Mirzə oğlu 1970-ci il mart ayının 28-də Füzuli rayonunun Qaradağlı kəndində müəllim ailəsində anadan olmuşdur. İbtidai təhsilini 1977-ci ildə Horadiz şəhər 1 saylı orta məktəbdə başlamış və 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə Rusiya Federasiyasının Sverlovksi şəhərində hərbi xidmət keçmişdir. 1990-93-cü illərdə Zaqatala Politexnik Texnikomunun "Bina qurğuları tikintisi və ismarı” fakültəsini qiyabi bitirmişdir.

1992-ci ildən Füzuli Dövlət Dram Teatrında aktyor, quruluş hissə müdiri, truppa müdiri, baş inzibatçı vəzifələrində çalışmışdır.

2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2006-cı ildə bitirmişdir.

2001-ci ildən etibarən hal-hazırda da vəzifəsini daşıdığı teatrın direktor müavini təyin olunmuşdur.

İşlədiyi müddətdə Aqşin Səfərlinin "Fontan ərə gedir” əsərində Curulla, N.Vəzirov "Hacı Qəmbər”əsərində Hacı Salman, Molla Səfi, Ə.Haqverdiyevin "Dağılan tifaq”əsərində Mirzə Cəfər, Ə. Əmirlinin "Varlı qadın”əsərində Vəkil bir çox rolları ilə yadda qalıb.

Habil Hacıyev 2013-cü il ildə mədəniyyət və turizm nazirinin fərmanı ilə "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

  

Səbuhi Vaqifoğlu

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı