2015-10-05 13:35

Arıqlamaq istəyənlərə çay - resept

Arıqlamağın yollarından biri də təbii bitki çaylarıdır.

LiderXeber.az göbək yağlarını əridən xiyarlı çay reseptini təqdim edir. Bu çay ilə qış aylarında kökəlməyə son verin!
 
Ərzaqlar:
 
1 ədəd xiyar
1 çay qaşığı rəndələnmiş, ya da toz zəncəfil
1 ədəd dilimlənmiş limon
10-12 ədəd nanə
 
Hazırlanması:
 
Bütün bu ləvazimatları bir gecə boyunca 1 litr suda saxlayın. Səhər və axşam ac qarına 1 stəkan için. Ancaq nanə saxlananda qaraldığı üçün onu suyu içərkən əlavə edə bilərsiniz. Bu çay həm də onikibarmaq bağırsaqda olan həzm fermentlərini aktivləşdirir. Beləcə, yedikləriniz daha asan həzm olunacaq və daha az acacaqsınız. Şirniyyat istəyiniz də azalacaq./publika.az/

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı