2015-09-30 14:22

Kaspi Təhsil Şirkətinin Lənkəran filialının açılışına həsr olunmuş tədbir həyata keçirilib - FOTO

Lənkəran şəhərində Kaspi Təhsil Şirkətinin Lənkəran filialının açılışına həsr olunmuş tədbir həyata keçirilib.

LiderXeber.az xəbər verir ki, tədbirdə Kaspi Təhsil Şirkətinin rəhbər heyətinin əməkdaşları, Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran rayon Təhsil şöbəsinin, Lənkəran şəhər Gənclər və İdman idarəsinin, müxtəlif dövlət təşkilatlarının rəsmiləri, Orta məktəb müəllimləri, Mətbuat nümayəndələri və rayon ictimiayyətinin nümayəndələri iştirak edib.

Kaspi Təhsil Şirkətinin açılışına bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar tədbirin rəsmi hissəsinə dəvət olunub. Rəsmi hissə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin giriş hissəsində Azərbaycan təhsilinin inkişafında Ümummilli Liderimiz Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin önəmli rol oynadığı qeyd olunub və Kaspi Təhsil Şirkətinin Lənkəran filialının yaradılmasının da bu siyasi kursun uğurla davam etdirilməsinin ictimaiyyət üçün yaratdığı imkanlardan biri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə iştirak edən Kaspi Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev çıxış edərək ölkəmizin savadlı gəncləri sırasında Lənkəran gənclərinin də öndə getdiyini və bunun rayon ictimaiyyətinin təhsilə ciddi önəm verməsinin bariz nümunəsi olduğunu qeyd etdi. O, həmçinin bildirdi ki, Kaspi Təhsil Şirkətinin Lənkəran filialının fəaliyyətə başlaması rayonun təhsil prosesinə öz töhfəsini bəxş edəcəkdir. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələrinin diqqətinə çatdırdı ki, Kaspi Təhsil Şirkətinin Lənkəran filialının ən yüksək keyfiyyətdə təhsil xidmət göstərməsi üçün bütün lazımi tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Çıxışının sonunda Elnur müəllim, Kaspi Təhsil Şirkətinin rəsmi lisenziyasını filial direktoru Cavid Nəsirzadəyə təqdim edərək uğurlar dilədi.

Kaspi Təhsil Şirkətinin Lənkəran filialının direktoru Cavid Nəsirzadə öz çıxışında yüksək etimadə görə Şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, Kaspi Təhsil Şirkətinin Lənkəran filialı yüksək keyfiyyətli tədris prosesini gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələrinə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirdi.

Lənkəran Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramin Höccətov isə öz çıxışında təhsil sistemində son dövrlər aparılan uğurlu islahatlardan danışaraq yüksək təhsil prosesində təhsil kurslarının da önəmli rol oynadığını qeyd edib. Bu istiqamətdə Kaspi Təhsil Şirkətinin təklif etdiyi təhsil xidmətlərinin keyfiyyətli olduğunu vurğulayaraq Şirkətin Lənkəran filialının fəaliyyətinə uğurlar diləyib.

Tədbirdə iştirak edən mətbuat nümayəndələrinin adından çıxış edən "Yaşılçay” jurnalının redaktoru Sərraf Talıbov öz çıxışında Kaspi Təhsil Şirkətinin Lənkəran filialında göstərilən təhsil xidmətlərinin yüksək səviyyədə olduğunu qeyd edib və çıxışının sonunda "Yaşılçay” jurnalının son xüsusi buraxılışını Kaspi Təhsil Şirkətinin baş direktoru Elnur Əliyevə təqdim edərək şirkətin fəaliyyətinə bir daha uğurlar diləyib.

Rəsmi hissənin sonunda övladı Kaspi Təhsil Şirkətinin Lənkəran filialına qəbul olunmuş valideynlər çıxış edərək Şirkətin yaratdığı təhsil xidmətinin keyfiyyətini xüsusilə qeyd edərək, bu səbəbdən təhsil şirkətinə etimad göstərdiyini qeyd ediblər.

Tədbirin rəsmi hissəsindən sonra Kaspi Təhsil Şirkətinin Lənkəran filialına yenicə qədəm qoymuş şagirdlərin ifasında əyləncəli bədii hissə davam edib. Bədii hissənin sonunda "Kaspi Təhsil Şirkətinin” himninin səsləndirilməsi ilə Kaspi Təhsil Şirkətinin Lənkəran filialının açılış mərasiminə həsr olunmuş tədbir yekunlaşıb.





Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı