2015-09-28 10:42

Səni xoşbəxt edən fürsətlər, geri çəkən bəhanələr

Bir insan uzun illər həyatından yaşamından gileylənir, hər kəsin onun həyatının uğursuz olduğunda rolu olduğunu düşünür. İllər onun həyatından gileylənmələri ilə keçən ömrünü aldı. Günlərin bir günü o, öz həyatında uğurun olmayacağına inanaraq qərara gəldiki üz tutub çıxıb kəndə getsin. Sıxlıqda qatarın gəlməsini gözləyən ümid dolu baxışları olan insanları görür. Çoxluqda hər kəsin əlində daşıya biləcəyi qədər yük var idi. O isə əllərinə baxaraq gərəkdiyindən də artıq əşyalarla dolu çantanın əlində olduğunu gördü. O tək idi, amma artıq ilk fərqindəliyi başladı o özünə əziyyət verməyə seçim etdiyini anlamağa baslayır. Əslində gərəklilik duyğusunun fərqinə varmadan özünü əziyyətə layiq bildiyi üçün o hətta əlindəki artıq əşyaların olduğunun belə fərqinə vardı. Nəhayət o uzun yolçuluğa addım atdı. Sərnişin qatarına yerləşdi və bir az sonra pəncərədən uzun və əzəmətli yolun onu haraya aparacağı ilə bağlı gərginliklə dolu düşüncə onu sardı. Yanında isə bir xanım əyləşmişdi, yol boyu həvəslə qış üçün övladlarına həvəslə isti corab toxuyurdu. O xanımın üz ifadələrinə nəzər yetirərək bir ah cəkdi...

Onun düşüncəsində hər kəs xoşbəxtdir, özü isə xosbəxtliyə özünü layiq bilib nail olmayan bir insan olaraq özünü qiymətləndirir. Ancaq anlamadığı bu idi ki, o, xoşbəxtliyi özündən kənar olmağı üçün özü onu itələyirdi. Xanımla söhbətə başladı:

- Xanım sizin yolçuluğunuz haradır?

Xanım isə cavabında "övladlarıma təbiətin gözəl güşələrini göstərmək üçün, onlara kitabda oxuduqları təbiətin anlamını anlatmaq üçün, gözəl guşələrin birinə gedirik" deyərək gülümsədi...

- Bəs siz xoşbəxtsinizmi?

- Bəli

- Bunun üçün nələr etmisiniz ? Yəqin həyatınız problemsiz keçib?

- Həyatım gözəl keçib. Bəli, mənə çox şeyləri öyrədib...

- Məsələn nələri ?

-Yaşadıqlarımın sınağım olduğu, güclənməyim üçün köməkçi vasitələr olduğunu, hər şeyin üsyanla deyil, inamla əldə olunduğunu öyrənməklə keçib. Mən hər yıxıldığımda yaramı sarar və zədələndiyimi hiss etdiyim üçün sağlığımın qayğısına qalmağım üçün daha çox yıxılmamağı öyrəndim.

- Sizcə bunlar xoşbəxtlikdirmi ?

- Bunlar sizin axtardıqlarınızdır. Siz yıxılanda yolu, daşı günahlandırırsınız, ancaq fərqində 
olmadığınız bir çox məsələ var ki, sizin doğru yol seçiminiz, doğru yolu seçmə şansınız və ona nail olma kimi uğurunuz var.

– Əgər elədirsə, nədən hər kəs xoşbəxt deyil?

- Siz hər kəsin xoşbəxt olmadığını hələ də düşünürsünüz, o isə hər kəs həyat hekayəsindən öyrənərək doğru yolu seçər və ya seçdiyi yolun daha da uğurlu və müvəffəqiyyətli olması üçün daha artıq cavab sərf edərsiz. Səni xoşbəxt etmək üçün, hər yeni gün yeni fürsətlərlə səninlə bir oyanır. Uğur isə güclülərə və onu arzu edənlərə doğru gedir. Sən özünü uğursuz hesab etdikcə problem ən uğurlu seçimi səndə görəcək. Onun problem hesab etdikləri, əslində çözüm immunitetidir. Biz viruslarla necə mücadilə edirik ?

- Ona qarşı səhhətimizi dahada gözəl qidalandıraraq müqaviməti artırmaqla .

O artıq bir çox məsələlərin fərqində idi.



Psixoloq Fərəh Quliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı