2015-09-23 16:26

Respublikanın baş travmotoloqu Vaqif Verdiyev LiderXeber.az-ın suallarını cavablandırıb - MÜSAHİBƏ

"Kiçik elmi işçidən başlayaraq, hazırki direktor vəzifəsinə qədər yüksəlmişəm".

Tibb Elimlər Doktoru, Travmotoloqiya İnstitutunun direktoru, respublikanın baş travmotoloqu Vaqif Verdiyev LiderXeber.az-a müsahibə verib.

Həmin müsahibəni sizlərə təqdim edirik:

İlk öncə özünüz haqda danışmağınızı istərdim. Neçənci ildə hansı bölgədə anadan olmusunuz?

 - Mən 1948-ci il yanvar ayının 1-də Gəncə Şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Tibb Unversitetinə daxil olmuşam. Tibb Unversitetini bitirdikdən sonra müsabiqə yolu ilə o vaxtki Leninqrad, indiki Sankt-Peturburq uşaq Ortepediya İnstitutuna daxil olmuşam. Onu da qeyd edim ki, bu institut dünyada yeganə və analoqu olmayan müəssədi. Bu Ortapediya İnstitutunun Sovetlər dönəmində yaradıcısı olan şəxs Qenrix İvaneviç Turner olub. İlk dəfə Leninqrad şəhərində bu klinikanı yaratmışdı. Turner İnstitutu sırf uşaqlardan ötrü yaradılmışdı. Onun gördüyü iş daha çox xeyriyyəçi xarakter daşıyırdı. İmkansız və kasıb ailələrdən ötrü belə bir klinika yaradılmışdı. Mən həmin klinikada müsabiqə ilə işlədim. Və Uşaq Ortepediyasının dərinliklərini öyrəndikdən sonra şəxsi disertasiyamı da bu sahəyə aid etmişdim. Keçmişdə bu sahə üzrə desertasiya ilk dəfə qeydə alınmışdı. Ən əsası bilirsiniz nə oldu?! Biz bu kimi xəstəliklərin cərrahiyyə və müalicə taktikasının sxemini yaratdıq. Yəni şikəst uşaqları müalicə və cərahiyyə yolu ilə ayağa qaldırmağa nail olurduq. Bundan sonra 1978-ci ildə məni hazırki işlədiyim Travmotoloqiya İnstitutuna dəvət etdilər. Və həmin zamandan indiyə kimi mən bu İnstutda çalşıram. Yəni kiçik elmi işçidən başlayaraq, hazırki direktor vəzifəsinə qədər yüksəlmişəm.

Hazırda tibb sahəsində hansı dərəcəyə məxsussunuz?

- Mən hazırda Tibb Elmlər Doktoru və respublikanın baş Travmotoloquyam. Sizə deyim ki, 1986-cı ildə öz istəyimlə Səhiyyə Nazirliyi məni Kiev şəhərinə göndərdi. Həmin ərəfədə mən Ortepediya İnstitunda çox maraqlı və eyni zamanda ağır onurğa defarmasiyalarının cərrahiyə üzrə doktorluq desertasiyasını müdafiə etdim. Qayıtdıqdan sonra elmi işlər üzrə direktor müavini, bir müddətdən sonra 1996-ci ildən etibarən isə indiyə kimi direktor vəzifəsində çalışıram.

Bu Travmotoloji və Ortepediya İnstitutu haqda daha nələr deyə bilərsiniz?

- Böyük Vətən müharibəsi dönəmində azərbaycanda da yaralıların sayı həddindən artıq çox idi. Və məhz bu üzdən hərbi hospitallar yaradılmışdır. O hospitallardan biri də hazırki institutumuzda yerləşən binalardan biri idi. Həmin zaman müharibə zamanı yaralanan insanları bu kimi hospitallarda müayinə və müalicə edərək adi həyata qaytarırdıq. Buna görə bu insitutun ilk adı Bərpa Cərrahiyə İnstitutu olub. Bu İnstitutun xoşbəxtliyi ondan ibarətdir ki, 1951-ci ildən 1959-cu ilə kimi burda Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı Əziz Məmmədkərimov olub. Həmin illərdə Əziz Məmmədkərimov direktor vəzifəsində çalışıb. Görürsünüz ki, İnstitutumuzun həyəti yaşıllıqdır. Xeyli sayda laborotoriyalar yaradılıbdır. Bunlar hamısında görkəmli xadimimiz Əziz Əliyevin xidmətləri olub. Hazırda İnstitutumuz iki korpusda yerləşir. Biri sırf olaraq kliniki korpusdur, ikinci korpusunda kliniki xəstələr yerləşdirilib. Bundan başqa qəbul şöbəsi, inzibati və iki klinik şöbə də bu korpusda yerləşir. Hər iki korpus əsaslı şəkildə təmir olunub. Birinci korpus Avropa Birliyinin vəsaitinə görə, digər korpus isə Səhiyyə Nazirliyinin və prezident İlham Əliyevin qayğısı nəticəsində əsaslı təmir olunub. Və eyni zamanda müasir avadanlıqlarla təmin olunub.

Sizinlə müsahibədən öncə İnstitutunuza yardım üçün müraciət edən xəstələri nəzarətdən keçirdim. Bilmək istərdim ki, sizə müraciət edənlərin keçən ilə nisbətən saylarında nə kimi dəyişiklər var?

- Çox maraqlı bir məqama toxundunuz. Deməli tarixi akspektə baxsaq, bu göstəricilər yaranmış şəraitə uyğun olaraq dəyişir. Bilirsiniz, 20-30 il bundan öncə daha çox yanıqlarlarla müşahidə olan xəstələr müraciət edirdi. Yəni rayon yerlərində təndirdə çörək bişirən və ya yemək bişirən zaman yanıq xəsarəti alırdılarsa, indi müasir dövrdə isə tam başqa cür olub. Ən çox da körpə uşaqlar valideyin nəzarətindən uzaq qalaraq xəsarət alırlar. Məsələn, daha çox əlləri ət maşınında qalan, avto qəzalarda xəsarət alınmalar müşahidə olunur. Hətta bu uşaqlar ömürlük şikəst olurlar. Bunlar da sırf olaraq valideyin məsuliyyətsizliyindən baş verir. Əfsuslar olsun ki, bu nəticələr və göstəricilər hələ də davam etməkdədir.

Sizinlə müsahibədən öncə İnstitutunuza müraciət edən xəstələr və uşaqların valideyinləri ilə söhbət etdim. Sizin haqda çox müsbət fikir söylədilər. Hətta sizə yaxşı mənada bir ləqəb də veriblər. Daha doğrusu "xilaskar həkim" ləqəbi almısınız. Bundan xəbəriniz vardı?

- Xəstələr mənim haqqımda nə danışır, mən digər şəxslərdən eşidirəm. Yəni bir jurnalist olaraq sizdən eşitdim. Lakin ümumi götürdükdə bir həkim olaraq bildirim ki, xəsarət alan insanlara demək olmaz ki, get sabah gəl. Onlar hamısı dərhal təcili yardım tələb edən bir xəsarətlərdi. Məsələn, kəllə -beyin travması alan, onurğa xəsarətli xəstələrə mütləq tez bir zamanda həkim müdaxiləsi lazımdır. Həmin xəstələrin müayinə və müalicəsi zamanı bizim bütün həkim personalı dərhal ayağa qalxır və ehtiyacı olan xəstələrə lazımı, yüksək səviyyədə yardım göstərilir. Ehtiyac olan zaman cərrah və neyro cərrahları da dəvət edirik. Hazırda xəsətlərimizə müasir texnoloji tibb avadanlıqları ilə xidmət göstəririk. Keçmişdən fərqli olaraq, bu çox böyük bir inkişafdır. Bütün bu avadanlıqların klinikamızda olması, yüksək və daha peşəkar xidmət göstərilməsi Səhiyyə Naziri Oqtay Şirəliyev və ölkə başçısı İlham Əliyevin böyük dəstəyi və qayğısı nəticəsində ərsəyə gəlib.

Hazırki zamana qədər etdiyiniz əməliyyatların statistikasından xəbəriniz varmı? Yəni etdiyiniz əməliyyatların sayını bilirsinizmi?

- Bilirsiniz, mənim beş illik fəaliyyətim Leninqradda işləyən zaman qalıb. Digər beş illik fəaliyyətinm Kiyevdə qalıb. Bakıda 1978-ci ildən etdiyim əməliyyatların sayını nəzəra alsaq, hamısını nəzərdə tuturam. Hardasa, iyirmi və otuz min arası əməliyyat etmişəm. Dəqiq statistika yoxdur. Lakin bunun da kifayət qədər yüksək nailiyyət olduğunu söyləmək olar. Son illər rəhbər vəzifəsində çalışdığım üçün əməliyyatlara çox nadir hallarda qoşuluram. Lakin hətta bu vəzifədə belə lazım olan zaman əməliyyatlara girərək rəhbərlik edirəm. Öz köməkliyimi həmkarlarıma göstərməkdən heç zaman usanmamışam. Həm də bu hazırki İnsitutda iş çoxdur.

Mən özüm şəxsən araşdırdım və əmin oldum ki, yeganə bir yerdir ki, burda - sizin xəstəxananızda rüşvətə rast gəlmədim. Hətta xəstələrə və valideyinlərə belə müraciət edərək söz almışdım. Lakin rüşvət aldıqları haqda bir məlumatım olmadı. Belə nizam-intizama necə nail olmusunuz?

 - Deməli, düz qeyd etdiniz ki, səhiyyə bütün dünyada olduğu kimi komersiyalaşır. Lakin biz köhnə sovet qayda qanunlarıyla gedirik. Yəni sovet prinsiplərini əsas tuturuq. Hətta hansısa ləvazimat olmadıqda valideyinə müraciət edərik. Lakin əlimizdən gələni edirik ki, bütün vasitələri özümüz həll edək. Biz bunu həm də daha çox tez-tez iclaslarda da müzakirə edirik. Bizim kollektiv yüksək səviyyədə formalaşmış tibb personalıdır. İnşallah gələn il İnstitumuzun 70 illiyi olacaqdır. Bu böyük uğur və çox şeydən xəbər verir. Kifayət qədər profesional və dünya görüşü yüksək olan həkimlərimiz və kadrlarımız var. Hər biri Avropada təcrübə görmüş həkimlərdir.

Bildiyimizə görə, oğlunuz da atasının yolunu davam etdirir. Bu barədə nə deyərdiniz?

 - Bəli, tamamilə doğru deyirsiniz. Oğlum orta məktəbi bitirdikdən sonra mənə bildirdi ki, Tibb unversitetinə daxil olmaq istəyir. Yəni onun həkim olmasını gördüm. Bildirdi ki. atasının yolunu getmək istəyir. Mən heç ona bu yöndə istiqamət verməmişdim. Çünki bilirdim ki, bu sənət nə qədər çətindir. Lakin oğlum qəti qərar vermişdi. Tibb Universitetinə daxil olduqdan sonra oranı da fərqlənmə diplomu ilə bitirdi. Və sonra mənə sual verdi ki, ata, sən unversiteti bitirdikdən sonra beş il Kiyevdə çalışdın. Mənim beş ili Türkiyə Uzmanlıq Universitetində çalışmağıma necə baxırsan? Bildirdim ki, mən hər zaman belə şeylərin tərəfdarıyam. Elə övladlar var ki, özləri yol açır, özü işlərini görür. Eləsi də var ki, özünə arxa-dayaq axtarır. Mən ona dedim ki, oğlum sənə ancaq düzgün istiqamət verə bilərəm. Daha gəlib sənin yerinə bıçaq tutası, işini görəsi deyiləm. Hazırda oğlum da cərrah işləyir. Və çox çətin və mürəkkəb əməliyyatlar edir. Çoxları da onu artıq tanıyır. Oğlumun adı Verdiyev Fərhad Vaqif oğludur.

Əli Həyati

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı