2015-09-22 15:17

Həyat Çox Gözəldir

Həyat hər zaman mükəmməldir, yaşamasını bilənlər üçün. Bəzən düsünürük ki, mənim bu Problemim olmasa mən çox daha rahat olardim, amma o problemdə həll edilir sən heç də rahat olmursan, çünki beynin yalnız yaransın problemin həllinə yönəlir

Deməli, şüuraltı olaraq problemlərə belə mesaj göndermiş olursunuz sən gəl səni həll edəcək gücüm var. Bu çox yaxşıki güclüsən, amma daha da yaxşı olarkı belə düşünək nə olursa olsun içimdəmi yaşam enerjisi heç tükətməyək, yenə bitər amma tükənməyəcək. Biz özümüzü hər zaman yaşanan uğurlu günlərə hazır etsək, həyat da sənin üçün asanlıqla uğur hədiyyələrini göndərəcək. Bəzən çox səbirsiz oluruq, indi olsun deyirik.

Qəzəb hissi insanın daxili təkanıdir, bu təkanda sən qəzəblənməməyi ən sonda öyrənəcəksən, çünki insan düsünəcək ki, necə yəni qəzəblənməyim əgər qarşımda çox böyuk problemlər varsa... Öncə qəzəbin yaranma səbəbini araşdıracaqsan, sonra çözüm tapacaqsan, sonra qəzəbin mahiyyətsiz oldugunu hətta həllinə mane olduğunu düşünəcəksən. Beləcə fərqində olacaqsan.

Ruhunu yorulmadan öncə dinləndir. Həyatı sev, gülumsə bu sənə çox gözəl şanslar gətirəcək. Aqressiyani dəf edə biləcək hər şeyə qarşı öncə daxili güc və müdafiən olmalı, sonra yayınma gücün olmalıdır. Xoşbəxtlik bir titul deyilki onu əldə edib öyünəsən, xoşbəxtlik ən bacarıqlı insanların əldə edə biləcəkləri möhtəşəm yaşamdır. İnsanlara problem və sıxıntılarIıyla başa cıxmalarını öyrəndik, inanınki yenə də özünü problemə hazır biləcək. Ən çox lazım olan isə insanları xoşbəxtliyin var olmasına inandırmaq, məhz bu istiqamətdə planlar qurmağı öyrətməyimizdir.

Gülümsəməklə biz həm də immun sistemiminizi qorumuş oluruq, əlimizdə olan necə gözəl vasitələr var. Gülümsəyək və həyatı şox sevək, biz təkrarı olmayan həyatda təkrarı olmayan saatlarda nəyi axtarırıq? .....indi beynimizi, xəyallarimızı, arzu və istəklərimizi artıraq həyatı sevməyə bağlanaq. Həyat çox gözəldir.



Psixoloq Fərəh Quliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı