2015-09-19 11:49

Axı sizə nə etmişəm? - Qarabağ qazisindən ürək sızladan - MÜSAHİBƏ - FOTO

Biz onunla söhbətimizdə bir neçə maraqlı fakta toxunmuşuq...

Sentyabrın 23-dəQarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovun 50 yaşı tamam olur.

Bu münasibətə xezerinfo.az-ın əməkdaşı Arif Məhərrəmovdan müsahibə alıb. Biz onunla söhbətimizdə bir neçə maraqlı fakta toxunmuşuq.

—Salam Arif bəy. Bildiyimizə görə, bu günlərdə sizin 50 yaşınız tamam olur. Görəsən, qəhrəmanımız xalqdan və hökumətdən nə gözləyir?

—Salam. Düzü, mənim üçün 50 il əlamətdar olsa da, bu illər mənim üçün zülm, əziyyətlər ili kimiyadda qalıb. Müstəqillik hərəkatlarında çəkdiyim əziyyətlər, 20 yanvar faciəsində zülmlər və bundan sonra isə 7 ay ağır işgəncələr. Mən o illər ərzində çox insanlarla təmasda oldum. Dahi şəxsiyyət, Azərbaycanın qoruyucusu və qurucusu Ulu öndər Heydər Əliyevi, şairimiz Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürk və digərlərini gördüm. Ancaq son zamanlar özümə qapanıram. Axı, mənmənəvi qidam olan siz doğmalarımın yolunda canımı qoymuşam. Bir müddət həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindəndiqqətdən kənarda qaldım.Son anları analiz edəndə isə deyirəm ki, yenə ümidləri itirməyim. Düşünürəm ki, bəlkə məni də yada salanlar olacaq,deyəcəklər ki, görəsən Arif Məhərrəmov haradadır?

Cənab Prezident,sizə səslənirəm,mən sağam!Buna görə də sizdən dəstək gözləyirəm və sizin mənəvi varlığınıza ehtiyac duyuram. Dəfələrlə nazirlərə, sizə, hörmətli birinci xanım Mehriban xanıma teleqramyazdım ki, nə olar, mənim bu əziyyətlərimə bir qiymət verin. Çəkdiyim əziyyətlərə, döyüş yollarıma görə 1992-ci ildə mənə Azərbaycanın milli qəhrəmanı adı verdilər. Ancaq mən o addan imtina etdim. Ulu öndərimiz 1994-cü ildə nazirlərə məni göstərərk dedi ki, kimə milli qəhrəman göstərmək istəsəniz, öncə bu addan imtina etmiş Arif Məhərrəmovu göstərin. Deyerlər ki, Heydər Əliyev hamıya əziz idi, sən onun yadında hansı əməllərinlə qalmısan? Mənim Ali Sovetin yaş senzi qərarının ləğv olunmasında göstərdiyim rəşadət, Ulu öndərin vətəni xilası naminə geridönən zaman ona qarşı çıxanlara qarşı çıxmağım kimi əvəzsiz xidmətlərimlə yadda qaldım. Sual verirlər ki, sən nəyə görə milli qəhrəman adından imtina etmisən? Bəs bunu təsdiq edən sənəd hanı? Məgər, bunun üçün sənəd də lazımdır?! Mən o vaxt belə düşünmürdüm. Ana-bacılarım əsirlikdə, vətən torpaqları isə işğalda olarkən mən necə bu adı götürə bilərdim?Hətta mənim üçün bir qrup professor, akademik vəmillət vəkili Ali baş komandan, Prezident İlham Əliyevə müraciət ünvanladılar. Ancaq bu müraciət heç bir təsir göstərmədi.

— Bildiyimiz kimi, bu yaxınlarda Avropa Şurası Parlamenti Azərbaycana qarşı yersiz qətnamə qəbul etdi. Siz də bir vətənpərvər olaraq, Avropa Şurasının Bakı ofisinin qarşısında öz etirazınızı bildirdiniz. Ancaq göründü ki, bəziləri bunu bəyənmədilər. Həmin insanlara nəyi çatdırmaq istərdiniz?

— Özlərini hərəkatçı adlandıran həmin insanlara demək istəyirəm ki, güzgüdə özlərinə yaxşıca baxsınlar. Görün orda kimi görürsüz? Orda əgər bir vətənpərvər insanı görsəniz, mən sizin qarşınızda susaram. Ancaq sizözünüzü yaxşı tanıyırsınız vəşər-böhtan atmaqda mahir ustasınız.23 avqust hadisələri nə tez yadınızdan çıxıb? O zaman Milli-Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin üstünə onu məhv etmək üçün adamalr gələndə, mən qışqırırdım ki, onu qoruyun. Ayaqlar altında qaldım, əziyyət çəkdim. İndiözlərinihərəkatçı adlandıranlar isə 50-100 metr kənardan getdilər. Mən bir çox məsələləri də yada salmaq istərdim. Ancaq onları öz vicdanlarınaburaxıram. Karikatura çəkiblər ki, rədd ol Afrika. Mən o qədər avamam ki, Afrika ilə Avropanı səhv salım? Hər halda oranın çəkilişi var. Çəkiliş gedən zamanda mən ancaq "Azərbaycan, Azərbaycan" demişəm. Ermənilərə dəstək verdikləri üçün mən İransəfirliyinin qarşısında etirazımı bildirərkən ölərini müxalifətçi, hərəkatçı adlandıranlarniyə dəstək olmadılar? Mən Avropanın ölkəmizə qarşı etdiyi bu haqsızlığa görə etiraz bildirdim. Burda kimsə bütün Avropanı pisləmir ki?! Həmin qətnaməni imzalayan adamların adların bilsəydim, konkret adların çəkərdim. Nədən mənə qarşı bu qədər diqqətsizlik olsun? Bunları anlaya bilmirəm. Axı bu millətimə görə zindanda qalmışam vəorada mənə cərəyanla əziyyətlər verirdilər. Mən isə onlara cərəyanı bir az da artırmalarını deyirdim. Onlar, "bunun sənə nə xeyri var", - deyə sual verəndə, "Şərəfli ölüm",- deyirdim. Mən Çeçenistanın ilk fəxri vətəndaşıyam. Əslində,Çeçenistana ruslara qarşı döyüşməyə getməmişdim. Ruslara köməyə gedən ermənilərə zərbə vurmaq üçün getmişdim. Onda media vasitəsilə bir gənc çeçen əsgəri demişdi ki, "Ey mərd və məğrur Azərbaycan xalqı. Əgər sizin yaralınız, can fədainiz gəlib bizim ilk fəxri vətəndaşı olur və milli qəhrəmanımız adına layiq görülürsə, gör sizin daha neçə fədakar, cəsarətli insanlarınız nəyə layiqdir?"

Mənə qarşı çıxan bir neçə nəfərə sual verdim ki, "Axı sizə nə etmişəm? Xalqımamı qarşı çıxmışam? Sizə bir pislikmi etmişəm?" Cavab verdilər ki, "Yox!"Bir-birlərinin üzünə baxdılar. Nə olar, məni siyasi atmosferdə görməyin. Kimsənin deyil, siz olan varlığın, haqqın əsgəriyəm. Bu yaxınlarda, "258-ci PDM-in ekipajı" filminə baxanda göz yaşlarımı saxlaya bilmədim. Nə olar, Neftçaladan olan Asəfin haqqını qoruyun. Biləsuvardan olan şəhid qəhrəman Şaiqin haqqını qoruyun. Doğma elimiz olan Şəkidən qazi qardaşımız Azəddinin haqqını qoruyun. Sağ olan qəhrəmanlarınızı qoruyun. Biz sizin canlı çəpərlərinizik.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı