2014-03-27 12:25

Cinsi azlıqlar - MƏQALƏ

Bəşəriyyətin yaranması barədə çox rəvayətlər var. Dünyanın 6 günə yaranması, qurunun və suyun necə ayrılması. Biz bilirik ki, bunlar hamısı rəvayətdir. Amma dünya necə yaranıb? Bunun elmi izahları var. Hər zaman dünyanin 7 möcüzəsindən danışırıq. Məncə, bu kiçik rəqəmdi. Bunu artırmaq olardı. Mən dünyanın ən birinci möcüzəsini insan hesab edərdim. İnsanın yaranışına tibbi cəhətdən yanaşanda da, dini cəhətdən yanaşanda da möcüzədir. İnsanın yaranışı haqda rəvayət də var. Adəm və Həvva. Əlbəttə ki, bunlar rəvayətdi. Ancaq Allah qadını kişi üçün, kişini qadın üçün yaradıb.
Mən kiçik olarkən həyətimizdə bir oğlan var idi. O vaxt ona hamı "qız-oğlan "deyərdi. Mən o zaman anlamırdım bu sözün mənasını. Bəlkə də, heç böyüklər də anlamırdı. Sadəcə, oğlan bədənli, qadın hərəkətli bir insan idi. Zaman keçdikcə, tibb inkişaf etdikcə,"Avropaya meylləndikcə" bunu dərindən dərk etməyə başladıq.Hərdən düşünürük: "niyə əvvəl belə insanlar az idi? "Az idimi? Yoxsa bu qədər aşkar deyildi? Bu cür insanlara "cinsi azlıqlar "deyilir. Amma mən "azlıq"sözünü dəyişərdim. Artıq o qədər də azlıq təşkil etmirlər. Çoxlarımız, bəlkə də, hamımız belə insanlara gülürük, ələ salırıq. Elə mən özüm də gülürdüm onlarla şəxsi tanışlığa qədər. Onlar da bizim kimi normal insanlar olublar. Əksəriyyəti normal düşünən, danışan insanlardı. Bəziləri öz xəstəliyindən çox utanırlar. Siz düşünürsüz ki,"mavilərin"etdiyi jestlər, pozalar bu xəstəliyin əlamətidir?YOX. Qeyri-verbal ünsiyyət formaları onların tanıtımı deməkdir. Onların imicidir. Mavilərin əl hərəkətləri qadınlarda yoxdu. Biz qadınlar o qədər də əzilib-büzülmürük. Mən bir ailəli qadının qadına meylləndiyi üçün intihara cəhd etdiyinin şahidi olmuşam. O an düşündüm: "biz bu insanların daxilini, hisslərini bilmədən, onları anlamağa çalişmadan necə asan mühakimə edirik. Bu, insanlıqdırmı?" Elə düşünməyin ki, mən onları dəstəkləyirəm. ƏSLA. Sadəcə ,anlamağa çalışıram. Düşünürəm, insanın öz əlində olsa, gülünc hədəfinə çevrilərmi? Məncə, yox.
Yenə də dünyanın yaranışına qayıdaq. Allah qadını kişi üçün yaradıb.Hər şey əzəl yaranışı kimi daha gözəldi. Övladlar da bu cütlükdən yaranır. "Cinsi azlıqlar" belə çoxalsa, sonda insan nəslinin tükənməsinə gətirib çıxaracaq. Poeziya dili ilə danışaq.

Bu dünyadan heç nə anlamıram mən,
Hansi xətlə,hansı cızla fırlanır?
Qiyamətdən əlamətdir, yəqin ki,
Oğlan-oğlan, qız da qızla fırlanır (Qərib)

Şəhriyyə Qəzənfər qızı

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı