2015-09-07 15:43

Problem nədir? - psixoloq araşdırması

İlk öncə yazıya xoşbəxtlik nədir sualının cavabıyla başlayım. Pozitiv cəhətdən başlasam problem artıq həll edilmiş olduğunu düşünək. Xoşbəxtlik əslində bizdə olmayan arzuladığımız hər şeydir. Məsələn əgər kimsə kasıb və yoxsuldursa, o xoşbəxtliyi var dövlət və bol qazancda görəcəkdir, kimsə xoşbəxtliyi sevgi və qayğıda görəcəkdir, çünki həyatında bu sevgi və qayğı yoxdur. Ən maraqlısı isə bəzilərimiz xoşbəxtliyi sakit və problemsiz həyatda görəcəkdir, hansı ki, sakit və sıxıcı həyat sürməyən insanların problemlərə baxışları da tamamiylə başqadır.

Problem nə zaman yaranır?

Problem bizim zaman-zaman həllini yubatdığımız zamanın öhdəsinə buraxdığımız sıxıntı toplumudur. Hər xırda həlli ola biləcək bir məsələni bəzən emosional vəziyyət və durumumuza görə həllini yubadırıq, sonunda bizə həlli olduqca çətin gələn problem adlı bir qasırğayla üzləşirik. Problem də xosbəxtlik anlayışı kimi hər fərdin özünə məxsus yanaşmasından ibarətdir. İlk öncə biz bizi üzən hər nə varsa onlarla problemsiz baş etməliyik. Əgər bizi maliyyə imkanlarımız sıxırsa, daha çox zəhmət çəkib ondan çox sıxıldığımız bu durumdan çıxa bilərik.

Əgər bizi ailədə və dostlar arasında münasibətlərdə anlayış və xoş müzakirə əksikliyi narahat edirsə, burada da ilk bizi narahat edən məsələyə baxmalıyıq ki, biz nəyi verib qarşılığını ala bilmirik.

Bəzən tələblərimiz istəklərimizdən daha çox olur, üzümüzü güldürən hər xırda məsələlərə yan baxırıq, düşünürük ki, bizi yalnız böyük, xoş hadisələr xoşbəxt edə, üzümüzü güldürə bilər, ancaq fərqində olmadığımız və itirdiyimiz gözəl anlar çoxdur.

Problemin həlli istiqaməti də şablon seçilmiş nə sizlərdən, nə də riyazi düstur və cədvəllərdən ibarət deyil. İlk çözüm yenə də özümüzük. Bir anlıq biz nəyi özümüzə problem hesab edirik sualını özümüzə verək və bəzən müqayisələrə keçə bilərik.

Keçmişdə böyüklərimizin nəsihəti və ailə birliyi ortamında edilən söhbətlər və məsləhətlər bu sıxıntı və problemlərin həllində çox böyük kömək olurdu. Hal hazırda isə insanların əksəriyyətinin psixologiyaları daha dəyişkən, aqqressiv və söz dinləməmə çətinliyi ilə üz-üzədirlər. Bunun da həlli yolu var, əgər sən çətinlik cəkirsənsə, sənə sənin öz istəklərinə uyğun yön və yol göstərə biləcək gözəl peşənin nümayəndələri psixoloqlarımız var.

Demək ki, insan istəsə istənilən vəziyyətdən çıxış yolu mütləq tapacaq. Ən qəliz və çıxılmaz vəziyyət hesab etdiyimiz problemlərin də minimum üç çıxış yolu vardır:

- Biz əlimizdə var olan bütün şansları dəyərləndirməli

- Həyatımızda var olan bütün insanları sevməli

-Təbəhhsümlərinizi problem hesab etdiyimiz məsələlər qədər böyüdüb gülüş və xoş dəqiqələr hesab etməli

Yaşadığımız hər günün dəyərini bilməli və bizə məxsus olan hər şeyi bizim olduğu ücün sevməliyik. Problem onu böyütmədiyimiz, onun həlli üçün calışdığımız, onu uğurla həll edəcəyimizə inandığımız zaman bizdən uzaq olacaq. Sizə və hər kəsə problemsiz deyil, problemləri cözə bilməkdə xosbəxtlik hisslərimizin yüksək olmağını diləyirəm, o zaman gücümüz bizə qələbəyə və uğura inandıracaq.

Pozitivlə başladım, elə pozitivlə də bitirəcəm:

Çalışın mümkünsüz hesab etdiyiniz problemlərin həllərini, mümkün olmayan heç bir arzu yoxdur müqayisəsi qarşısında aciz buraxasınız.

Pozitiv Psixologiya Mərkəzinin psixoloqu Fərəh Quliyeva

Eksklüziv olaraq LiderXeber.com üçün

Hazırladı: Səbuhi Vaqifoğlu


SON XƏBƏRLƏR


Yuxarı